Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Meyvə alarkən bunlara diqqət et – Sağlamlıq üçün vacib məqamlar

20 may 2025, 12:14
Meyvə alarkən bunlara diqqət et – Sağlamlıq üçün vacib məqamlar

Yay fəslinin gəlməsi ilə birlikdə meyvə-tərəvəz bolluğu da başlayır. Lakin bazar və marketlərdən meyvə alarkən diqqətli olmaq, sağlamlıq üçün müəyyən qaydalara əməl etmək vacibdir. 

Liderxeber.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, görünüşcə təravətli olan hər meyvə orqanizm üçün faydalı olmaya bilər.

Meyvə alarkən nələrə diqqət yetirilməlidir?

Təbii görünüşə üstünlük verin

Çox parlaq və iri meyvələrə aldanmayın. Belə meyvələrdə kimyəvi gübrələrin və hormonların istifadəsi ehtimalı yüksəkdir.

Mövsümi məhsul seçin

Mütəxəssislər bildirirlər ki, hər meyvənin öz fəslində yeyilməsi daha faydalıdır. Mövsümündən əvvəl satışa çıxarılan meyvələr süni yetişdirilə və ya saxlanma kimyəvi maddələri ilə qorunmuş ola bilər.

Çürük və yaralanmış meyvələrdən uzaq durun

Çatlamış, qaralmış və ya yumşalmış meyvələrdə bakteriyalar və göbələklər ola bilər. Belə məhsullar zəhərlənməyə səbəb ola bilər.

Etiket və mənşəyə baxın

Paketlənmiş meyvə alarkən mənşə ölkəsinə və istifadə müddətinə diqqət yetirin. Yerli məhsullara üstünlük vermək həm sağlamlıq, həm də dəstək baxımından daha məqsədəuyğundur.

Yuyulmadan istifadə etməyin

Hətta görünüşcə təmiz olsa belə, meyvələr yeməzdən əvvəl yaxşıca yuyulmalıdır. Çünki üzərində pestisid və digər kimyəvi maddələr qalır.

Qida mütəxəssisləri tövsiyə edirlər ki, meyvə seçərkən təkcə dad və görünüş yox, həm də onun necə yetişdirildiyi, saxlanma şəraiti və satış müddətinə diqqət yetirilsin. Bu, həm sizin sağlamlığınızı qoruyar, həm də keyfiyyətli məhsul seçimində kömək olar.