Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

“Heç bir halda sertifikasiya həkimin diplomundan üstün ola bilməz”

16 may 2025, 15:37
“Heç bir halda sertifikasiya həkimin diplomundan üstün ola bilməz”

Heç bir halda sertifikasiya həkimin 6-12 il oxuduğu və nəticədə aldığı diplomdan üstün ola bilməz. Sertifikasiyaya belə bir üstünlük tanınmamalıdır.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, sertifikasiya imtahanı bir insana diplomun verdiyi hüququ onun əlindən almamalıdır: “Ümumiyyətlə, bu hüquqa malik olmamalıdır. Serifikasiya imtahanının nəticəsinə görə sadəcə həkimlərə və orta tibb işçilərinə differensial yanaşma tətbiq edilməlidir. Bu da həkimləri və orta tibb işçilərini öz üzərində işləməyə və özünü inkişaf etdirməyə stimullaşdırar.

Digər bir məsələ, həkim 2 həftə və ya 1 ay müddətinə təkmilləşmə kursuna cəlb edilir, amma sertifikasiya imtahanında həkimdən onun burada öyrəndikləri deyil, Tibb Universitetinin bütün 6 illik proqramı soruşulur.

Hesab edirəm ki, təkmilləşmə kursunda tibbin son yenilikləri həkimlərə tədris edilməli, öyrədilməli və sertifikasiya imtahanı da həkimlərə tədris edilən bu proqram əsasında olmalıdır.

Eyni zamanda, təklif edirəm ki, təkrar sertifikasiyadan keçmək üçün müddət 6 ay yox, 1 il müəyyən olunsun və bu müddət ərzində həkimə və orta tibb işçisinə bir neçə dəfə sertifikasiya imtahanına girmək hüququ verilsin”.