Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in Antalya konfransında təmsil olunub

14 may 2025, 10:17
Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in Antalya konfransında təmsil olunub

5-7 may tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) “Probasiya fəaliyyəti barədə ictimai rəyin formalaşdırılması” mövzusunda konfransı keçirilib.  

Liderxeber.az xəbər verir ki, Avropa ölkələrinin ədliyyə nazirliklərinin, probasiya xidmətlərinin rəhbər şəxslərinin, habelə ekspert və alimlərin təmsil olunduğu konfransda 20 ölkədən 100 nümayəndə iştirak edib.  

Avropada probasiya praktikası ilə bağlı ictimai rəyi təhlil etmək, ən yaxşı təcrübələri bölüşmək və bununla bağlı gələcək perspektivləri müzakirə etmək məqsədilə keçirilən tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib.

CEP-in baş katibi Jana Şpero Kamenjarinin moderatorluğu ilə keçirilən konfransın plenar iclasında açılış nitqi ilə Türkiyə ədliyyə nazirinin müavini Niyazi Acar, Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım və CEP prezidenti Annie Devos çıxış ediblər.

Konfransda probasiya sisteminin müxtəlif meyarları, probasiyanın cəmiyyətdə rolu və əhəmiyyəti, probasiya xidmətləri, vətəndaş cəmiyyəti və peşəkar mütəxəssislər arasında əməkdaşlıq, habelə ictimai sanksiyalara və tədbirlərə qarşı cəmiyyətdaxili münasibət, ən yaxşı praktika nümunələrinin təbliği üçün strategiyalar və s. mövzular üzrə müzakirələr aparılıb.

Konfransın “İctimai sanksiya və tədbirlərin təkamülü” adlı sessiyasında Vüqar Ağayev “Azərbaycanda azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar və probasiya fəaliyyəti: yeni tarix və trendlər” mövzusunda çıxış edərək, son dövrlərdə xidmət tərəfindən görülən işlər, o cümlədən məhkumların sosial adaptasiya və reabilitasiyası, probasiya sistemində tətbiq edilən cəzaların səmərəliliyinin artırılması, bu cəzaların reabilitasiyayönümlü mexanizmlərlə gücləndirilməsi, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların tətbiqi üzrə ictimai fikirdə yanaşmaların dəyişilməsi, probasiya fəaliyyətində könüllülərlə işin əlaqələndirilməsi, ali təhsil müəssisələri, dövlət və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Sessiyalar zamanı əldə edilən bilik və təcrübənin sistemin keyfiyyətinin yaxşılaşdırılmasına və cəmiyyətdə məlumatlılığın artırılmasına töhfə vermək məqsədilə probasiya xidmətlərinin inkişafı və rəqəmsallaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əhalinin maarifləndirilməsi istiqamətində təkliflər irəli sürülüb.