Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər

14 may 2025, 10:21
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər

Ev pişikləri arasında quş qripinin (H5N1) yayılması bəşəriyyət üçün yeni pandemiya təhlükəsi yarada bilər.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Merilend Universitetinin İctimai Səhiyyə Məktəbinin alimləri xəbərdarlıq ediblər. Tədqiqatın nəticələri "Open Forum Infectious Diseases" jurnalında dərc olunub.

Son 20 ilin məlumatlarının təhlilinə əsaslanan araşdırma zamanı tədqiqatçılar virusun aktiv şəkildə mutasiya etdiyini və növlər arasında keçə bildiyini müəyyən ediblər. Mütəxəssisləri xüsusilə pişiklərin virusa qarşı yüksək həssaslığı narahat edir. Belə ki, 18 ölkədə qeydə alınmış 607 yoluxma hadisəsinin yarısı ölümlə nəticələnib.

Virus heyvanlara yoluxmuş quşların yeyilməsi, çiy ət və ya yoluxmuş inəklərin südünün qəbulu nəticəsində keçə bilir. Lakin pişiklərdə quş qripi əksər hallarda onların ölümündən sonra aşkarlanır ki, bu da vaxtında aşkar etmə və qarşısını alma tədbirlərini çətinləşdirir.

H5N1 virusu vəhşi heyvanların əsəb sisteminə ciddi zərər vurur və quduzluğa bənzər nevroloji simptomlara səbəb olur. Alimlərə görə, virusun ev və təsərrüfat heyvanları arasında yayılması xüsusilə təhlükəlidir. Sığınacaqlar, fermalar və zooparklar potensial yoluxma mənbəyinə çevrilə bilər. Alimlər istisna etmirlər ki, gələcəkdə virusun mutasiyası nəticəsində o, insanlar arasında hava-damcı yolu ilə yayıla bilər.

H5N1 virusunun insanlar üçün təhlükəsi də böyükdür - bəzi hallarda ölüm faizi 60%-ə çatır. Bu səbəbdən mütəxəssislər sanitar nəzarətin və epidemioloji monitorinqin gücləndirilməsinə çağırırlar.