Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

ADY-də qanvermə aksiyası keçirildi - Fotolar

12 may 2025, 17:40
ADY-də qanvermə aksiyası keçirildi - Fotolar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) növbəti dəfə xeyriyyə məqsədli qanvermə aksiyası təşkil edib.

Liderxeber.az xəbər verir ki, ənənəvi olaraq Respublika Qan Bankı ilə birgə keçirilmiş aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər. 

Qanvermə prosesindən əvvəl iştirakçılar təhlükəsizlik və aksiyanın effektivliyi baxımından müvafiq tibbi müayinələrdən keçib və yalnız sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.

Aksiyanın əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.

ADY olaraq cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəyik.