Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Duzlayıb yeyirik, bəs, zərərini bilirik?

06 may 2025, 10:42
Duzlayıb yeyirik, bəs, zərərini bilirik?

Alça yaz-yay aylarının əvəzolunmaz meyvələrindəndir. Bu meyvə daha çox duz ilə istehlak edilir.

Bəs, alçanın düz ilə yeyilməsi orqanizmimizə necə təsir göstərir?

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu meyvə duzla və həddindən artıq miqdarda yeyildikdə orqanizmdə suyun yığılmasına, ödəm əmələ gəlməsinə və təzyiqin artmasına səbəb olur.Xüsusilə əl və ayaqlarında tez-tez ödəm problemi yaşayanlar mütləq alçanı tək istehlak etməlidir. 

Bununla belə, duzsuz həddindən artıq miqdarda alça istehlak etmək də həzm sisteminin pozulmasına səbəb ola bilər. Hər qidada olduğu kimi alça da lazımi miqdarda istehlak edilməlidir.

Alça gündə bir porsiya - təxminən 10-12 ədəd istehlak edildikdə daha faydalıdır. Bu halda immunitet sisteminə müsbət təsir edir.A vitamini, C vitamini, kalium, kalsium, maqnezium və fosforla zəngin olduğu üçün qan şəkərini balanslı saxlayır və diabet xəstələri tərəfindən də istehlak edilə bilər. 

Antioksidant təsiri ilə həm ümumi sağlamlıq, həm də dəri sağlamlığına müsbət təsir göstərir. 

Tərkibindəki həll olunan lif sayəsində həzm sistemini tənzimləyir və qəbizliyə faydalıdır.