Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Səs-küylü işdə qadınlara - Hökm oxundu

05 may 2025, 17:03
Səs-küylü işdə qadınlara - Hökm oxundu

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə ittiham olunan qadınların 1 ildən çoxdur davam edən səs-küylü məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Azad Məcidovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, həssas cinayət işi üzrə xanım müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə işçiləridir. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər.

İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.