Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Bu ərazilərdə işıq olmayacaq

05 may 2025, 11:35
Bu ərazilərdə işıq olmayacaq

Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xətdində əsaslı təmir-bərpa işləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.