Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

“Rent a Car”dan maşın götürüb 30 minlik oğurluq etdilər - Video

01 may 2025, 12:01
“Rent a Car”dan maşın götürüb 30 minlik oğurluq etdilər - Video

Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Liderxeber.az-a bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər.

Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.