Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Neçə manat fitrə çıxaraq?

24 mar 2025, 17:05
Neçə manat fitrə çıxaraq?

“Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar”​.

Liderxeber.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.

F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.