Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

İmsakda çay içməyin!

18 mar 2025, 15:30
İmsakda çay içməyin!

Düzgün maye istehlakı Ramazan ayında ən çox diqqətdən kənarda qalan, lakin ən vacib məsələlərdən biridir. Oruc tutanların ən böyük problemi də susuzluqdur.

Liderxeber.az xəbər verir ki, mütəxəsislər susuzluğun qarşısını almaq üçün sahurda çay istehlakını məhdudlaşdırmağı məsləhət görür.

Belə ki, çay maye itkisini və susuzluğu artırır. Xüsusilə tünd qara çay yüksək miqdarda istehlak edildikdə, gün ərzində ağız quruluğuna səbəb ola bilər.

Araşdırmalara görə, insanda bədənin ehtiyacı olan mayenin vücudda qalmasını təmin edən ADH hormonu var. Çay da bu hormona təsir göstərir. Bədənin ehtiyacı olan mayenin çay içdikdən sonra ifraz edilməsi mineral və vitamin itkisini də sürətləndirir.

Bu səbəbdən də sahurda çay içmək əvəzinə süd içmək məsləhət görülür.

Tərkibindəki zülal və kalsium sayəsində süd tox saxlayır və mədəni sakitləşdirir. Həmçinin təzə sıxılmış meyvə şirələri də sahurda bədənin tələb etdiyi enerjini təmin etmək üçün çox faydalıdır.

Eyni zamanda, ayran həm susuzluğun qarşısını alır, həm də həzmi dəstəkləyir.

Ən vacib içki təbii ki sudur. Sahurda kifayət qədər su içmək gün ərzində rahat oruc tutmağınıza kömək edəcək.

Bundan əlavə, susuzluğu yatırtmaq üçün qəhvə və karbohidratla zəngin qidalardan uzaq dayanmaq lazımdır.