Son Xəbərlər
Binəqədi Rayon Mədəniyyət evində "Azərbaycan Vətənpərvərlər” İctimai
Azərbaycan xalqı dünyanın ən mötəbər orqanı olan BMT Təhlükəsizlik Şurasının
Bu gün Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil
Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu
İran İsrailə xəbərdarlıq edib. Liderxeber.az xəbər verir ki, İran, İsrailin
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qədimkənd kənd sakinləri ilə səyyar
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
Livanın "Hizbullah" hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah
Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba
banner

Rəşad Nəbiyev Rusiyanın nəqliyyat naziri ilə görüşüb

27 apr 2023, 10:30
Rəşad Nəbiyev Rusiyanın nəqliyyat naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.

Liderxəbər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər.

Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.

Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.