Son Xəbərlər
9 yaşlı balaca Zəhranın yardıma ehtiyacı var. Liderxeber.az xəbər verir ki, o,
Yanvarın 24-də Azərbaycan Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət
Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal
Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma
Siyəzən rayonuna yeni prokuror təyin edilib. Liderxrber.az xəbər verir ki, bu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla təmasa
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət
banner

AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə yeni reyslər açır

20 iyl 2023, 12:00
AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə yeni reyslər açır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Belə ki, 15 sentyabrdan Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Səudiyyə Ərəbistanının əzəmətli paytaxtı Ər-Riyad və şərq sahilinin ləl-cəvahiratı Dammam öz gözəlliyi ilə heyran edir. Bu tarixi və müasir şəhərlər səyahətinizi xüsusi və unudulmaz etmək üçün unikal imkanlar təklif edir.

Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.

Sərnişinləri Səudiyyə Ərəbistanının gözəlliyinə heyran olmağa dəvət edirik.