Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq

22 iyn 2023, 11:01
Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq

Ödəniş hesabı məsafədən idarə edildikdə ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatının aparılması üzrə vasitəçilik xidmətindən istifadə edə bilər.

Liderxəbər-in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Bu halda, ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı:

- vasitəçi ilə yalnız təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

- vasitəçidən ödəniş sərəncamını qəbul etdikdən sonra vasitəçini ödəniş əməliyyatının icrası ilə bağlı ödəniş əməliyyatının başladılması üzrə bütün məlumatlarla dərhal təmin etməli;

-. ayrı-seçkilik olmadan, xüsusən də ödəyici tərəfindən birbaşa ötürülən ödəniş sərəncamlarına üstünlük vermədən və ya xidmət haqqı fərqi yaratmadan vasitəçi ilə ötürülən ödəniş sərəncamlarını icra etməlidir.

- Vasitəçi vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar:

- ödəniş xidməti istifadəçilərinin vəsaitlərini saxlamamalı;

- ödəniş xidməti istifadəçisi və onun hesabına xidmət edən ödəniş xidməti təchizatçısı istisna olmaqla fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməli;

- vasitəçilik xidməti zamanı əldə edilmiş ödəniş xidmətləri istifadəçisi haqqında məlumatları yalnız onun razılığı ilə vəsaiti alana verilməsini təmin etməli;

- hər bir ödəniş əməliyyatı aparıldıqda özünü hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında eyniləşdirməli və ödəniş hesabına xidmət edən təchizatçı, ödəyici və vəsaiti alan ilə təhlükəsizlik tələbləri gözlənilməklə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;

- ödəniş xidməti istifadəçisindən ödəniş xidmətinin göstərilməsi üçün zəruri olmayan əlavə məlumatlar tələb etməməli;

- ödəniş xidməti istifadəçisinin həssas ödəniş məlumatlarını saxlamamalı, ödəniş xidmətinin göstərilməsi ilə əlaqədar olmadıqda hər hansı məlumatı ödəniş xidməti istifadəçisinin razılığı olmadan istifadə etməməli, saxlamamalı və ya bu məlumatın əldə edilməsinə cəhd etməməli;

- ödəniş əməliyyatının məbləğini, vəsait alanı və ya ödəniş əməliyyatının hər hansı rekvizitini dəyişdirməməlidir.

Yuxarıda qeyd edilən tələblər vasitəçi və ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı arasında müqavilə olmadığı hallara da şamil edilir.