Nazirlik: Növbəti sertifikasiya imtahanlarının vaxtı barədə məlumat ilin sonuna doğru veriləcək

21 iyn 2023, 14:10
Nazirlik: Növbəti sertifikasiya imtahanlarının vaxtı barədə məlumat ilin sonuna doğru veriləcək

“Müəllimlərin növbəti sertifikasiya imtahanlarının vaxtı barədə məlumat ilin sonuna doğru veriləcək”.

Bu barədə Şirvan şəhərində müəllimlərin sertifikalaşdırma imtahanlarını izləyən elm və təhsil nazirinin müavini Həsən Həsənli məlumat verib.

O deyib ki, sertifikasiya prosesi uğurla davam edir:

“Bu gün biz Şirvanda müəllimləriizlə görüşmək imkanı oldu. Digər tərəfdəndən 2 nəfər 60 bal toplayan müəllimlərimizi təbrik etmək imkanlarımız oldu. Qarşıdakı 2 gün ərzində də yüksək naliyyətləri görə biləcəyik. Düşünürəm ki, sertifikasiya davamlı bir inkişaf prosesidir. Bu bizim təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq gələcəkdəki uğurlarımızın təməli olacaq. Eyni zamanda bu bizə imkan verəcək ki, inkişafa ehtiyacı olan istiqamətləri biz müəyyən edək. Onları təkmilləşdirək və şagirdlərimiz üçün ən yaxşı təhsili təmin edə bilək. Serifikasiya davamlıdır. Növbəti sertifikasiya imtahanının vaxtı ilə bağlı ilin sonuna doğru məlumat veriləcək”.

Qeyd edək ki, Şirvanda 3 mərkəzdə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanları keçirilib. Test imtahanları 2 seansda, azərbaycan və rus sektorları da daxil olmaqla ümumilikdə hər seansda 324 müəllim yerlik sinif otaqlarında təşkil olunub. Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regional təhsil şöbələrinə aid təhsil müəssisələrində çalışan müəllimlər sertifikasiya imtahanlarına cəlb olunub.

Xatırladaq ki, sertifikasiya imtahanları 20-24 iyun tarixlərini əhatə edir. Test imtahanları ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub. İmtahanlarda 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. Test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.