Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub

30 may 2023, 11:48
İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Prezidenti İshaq Hersoqun rəsmi qarşılanma mərasimi olub.

Liderxəbər xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Prezidenti İshaq Hersoq və Mixal Hersoqu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.

İsrail və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və İsrail Prezidenti İshaq Hersoq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshaq Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.