Son Xəbərlər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka
Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik
Rusiyalı jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub. Liderxeber.az-ın sorğusuna
Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan
Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan
Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.
Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik,
Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında
banner

Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır

11 may 2023, 11:00
Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş diski üzərində olan fəal oblastların bir qismi müxtəlif M sinif alışmalar yaradıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME- Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır.

CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər. Mayın 12-də günün ilk yarisi yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr. Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək.

Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.