Son Xəbərlər
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq
Bu gün Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi
İyulun 21-də Kəlbəcər rayonunda sursat partlayışı baş verib. Liderxeber.az
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər
Bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti
İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”

18 apr 2023, 14:44
Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.

LiderXəbər "Report"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.

Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması, kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrinin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb”.

Hökumət başçısının sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin bütün dövrü ərzində öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri yan-yana dayanıb. O qeyd edib ki, Ermənistan tərəfi bununla özünü və Qarabağdakı erməniləri aldadıb.

N.Paşinyan daha sonra vurğulayıb ki, Madrid prinsipləri “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə imkan vermir”, çünki bu, sənədin məntiqinə kökündən ziddir.