Son Xəbərlər
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq
Bu gün Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi
İyulun 21-də Kəlbəcər rayonunda sursat partlayışı baş verib. Liderxeber.az
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər
Bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti
İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri

ABADA məşğulluğun təminatına töhfə verir

04 avq 2023, 14:49
ABADA məşğulluğun təminatına töhfə verir

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) “Hər sürücü bir qəhrəmandır” devizi altında bölgələrdə görüşlər keçirir.
 
Təbirlər planına uyğun olaraq ABADA- nın rəhbəliyi, İdarə Heyəti və Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzinin nümayəndələri ölkənin  Qərb  bölgəsi üzrə beynəlxalq avtomobil  daşıyıciları fəaliyyəti ilə məşğul olan avtodaşıyıcılarla görüşüb. Görüşdə 20-dən artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib.
 
Məqsəd, avtodaşıyıcıları fəaliyyətləri ilə bağlı rastlaşdıqları problemlər, beynəlxalq avtomobil daşıyımaları sahəsində yeni qəbul olunan normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.
 
ABADA-nın Baş Katibi Kənan Qurbanov Assosiasiyanın 6 ay ərzində heyata keçirdiyi tədbirlər, yeni lahiyələr və görülən işlər barədə hesabatla çıxış edib.
 
Peşə hazırlığı Mərkəzinin əməkdaşları Tural Allahverdiyev  və Pərviz Əliyev Mərkəzin sürücü hazırlığı ilə əlaqədar və bu sahədə yeni iş yerlərinin açılması ilə bağlı , geniş məlumat veriblər.
 
Görüşdə daşıyıcıları maraqlandıran məsələlərə aydınlıq getirilib, verilən suallar cavablandırılıb.
 
Yekunda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıb.