Son Xəbərlər
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq
Bu gün Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi
İyulun 21-də Kəlbəcər rayonunda sursat partlayışı baş verib. Liderxeber.az
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər
Bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti
İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri

Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

15 apr 2023, 00:24
Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

LiderXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:

“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.

Qeyd edək ki, bu gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.