Son Xəbərlər
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta
"İranın Ali Rəhbəri Əli Xamenei "Doğru Vəd-3" əməliyyatının
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Bakı Təşəbbüs Qrupu (BTQ) və “One St. Martin Association” Əməkdaşlıq
banner

Deputat: “Hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir”

17 yan 2023, 20:44
Deputat: “Hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir”

Cənab Prezident İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bu ölkə ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti barədə dəyərli fikirlərini bölüşdü. Ölkə başçısı bildirdi ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.  

Ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən danışan dövlət başçısı qeyd etdi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. İki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Bu il təbii qaz ixracımız artaraq 24 milyard kubmetrə çatacaq və artım davam edəcək. Ölkəmizin quru ərazisində 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları var və bu enerjini ixrac etmək üçün Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.

Cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işğüzar səfəri çərçivəsində iki gün öncə bu ölkənin “Masdar” və Azərbaycanın Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu şirkətlə əməkdaşlığımız Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Ümumiyyətlə, ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını təmin edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə öz enerji təhlükəsizliyimiz ilə bağlı deyil. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalandı və planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkməkdir.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. İndiyədək ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edərək mühüm uğurlara imza atıb. İndiki dövrdə isə bizim əsas hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir.  

Jalə Əhmədova

Milli Məclisin deputatı