Son Xəbərlər
Suriyada son günlər şiddətli qarşıdurmalar yaşanır. Xüsusilə "Heyət
Ağadadaş Ağayevin məhkəməsində insident yaşanıb. Liderxeber.az xəbər verir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Sumqayıtda mənzildə və fərdi evdə
VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova vəzifəyə təyin olunub.
Prezident İlham Əliyevin oktyabrın 17-nə imzaladığı sərəncama əsasən, dekabrın
AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki
Prezident İlham Əliyev Elbrus Saleh oğlu İsayevin Naxçıvan Dövlət
Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə
banner

Ceyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak edib

21 mar 2023, 10:30
Ceyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak edib

Martın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqının (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının təmsil olunduğu konfrans Türkiyədə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə keçirilib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın video formatda çıxışlarından sonra Türkiyədə fəlakət sonrası ehtiyacların Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun nitqindən sonra yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.

Nazir Ceyhun Bayramov konfransda çıxış edərək baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən tədbirin təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəy olduğu qeyd edilib.

Zəlzələnin ilk günlərindən etibarən Azərbaycanın Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük göndərdiyi qeyd olunub. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə indiyə qədər 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.

Azərbaycanın hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə bərpa-quruculuq işinə töhfəsi çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər.