Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

“Taksinin rənginə limit qoymağın mənası nədir?”

29 mar 2024, 11:10
“Taksinin rənginə limit qoymağın mənası nədir?”

“Dəqiq xatırlayıram, uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi. Ona görə də dünyanın çox yerində taksilər sarıydı”.

LiderXəbər xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O, taksilərin ağ və qırmızı olması ilə bağlı yeni tələbə dair sual ünvanlayıb:

“Kimsə deyə bilər ki, əvvəllər taksilər küçədə göz müşahidəsi ilə axtarılırdı, ona görə ilk gözə çarpan rəngə-sarıya üstünlük verilirdi. İndi isə əksəriyyət taksini  telefonda arayır. Belə olan halda isə sual yaranır ki, rəngə limit qoymağın mənası, elmi əsası görəsən nədir? AYNA bununla bağlı universitetlərlə, elmi tədqiqat instituları ilə birgə bir araşdırma aparıbmı? Xatırlayıram ki AzTU ölkə üzrə mobilliklə bağlı böyük bir tədqiqat aparmışdı . AYNA bu tip tədqiqatların nəticələrindən istifadə edibmi? Hələlik bu haqda heç bir rəsmi açıqlama yoxdur”.

“Taksi islahatları” ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ taksidə salonun video çəkilişini aparan kameranın olması və bu  datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır. Belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarlarla, ictimai-siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən video məlumatlar da olacaq. Yəni taksilərdəki video registratorda xeyli qiymətli  informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların TikTok-a sızmayacağına təminat varmı? AYNA bununla bağlı nə düşünür? Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur” - O.Gündüz əlavə edib.