Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Paşinyan: Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır

26 mar 2024, 14:25
Paşinyan: Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

LiderXəbər-in Ermənistanın "Hraparak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda deyib.

"Ötən cümə günü axşam baş nazir Nikol Paşinyan Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə növbəti qapalı iclas keçirib. İclas geniş tərkibdə keçirilib. Tədbirdə, demək olar ki, bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib”, - məqalədə deyilir.

Qeyd edilib ki, Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

“O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Paşinyanın dediyi kimi, Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub”, - materialda vurğulanır.

Qeyd edək ki, son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.