Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Jalə Əhmədova: "Altıncı çağırış Milli Məclis ölkəmizdə aparılan islahatlara öz səlahiyyətləri çərçivəsində mühüm dəstək verir"

11 mar 2024, 12:53
Jalə Əhmədova: "Altıncı çağırış Milli Məclis ölkəmizdə aparılan islahatlara öz səlahiyyətləri çərçivəsində mühüm dəstək verir"

Ölkəmizdə aparılan islahatların davamı olaraq keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində Altıncı çağırış Milli Məclisin formalaşdırılmasından 4 il keçir.  

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixində keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin qarşısında dayanan vəzifələri diqqətə çatdırdı. Həmin tarixdən ötən müddət ərzində Milli Məclis öz fəaliyyətini cənab Prezidentin tövsiyələri əsasında quraraq uğurla fəaliyyət göstərdi.

O zaman Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verərək yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etdi və bu da seçkilərin tanınması demək idi. Qeyd etmək yerinə düşər ki, bu gün Avropa İttifaqı ilə əməkdaşlıq da artan dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri var. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə biri deməkdir.

Bu gün Altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir və bu baxımdan ölkəmizdəki siyasi sistemin təkmilləşdirilməsində onun böyük rolu var. Hazırda müxalifət partiyalarının nümayəndələri Altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu isə Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün çox mühümdür.

Ötən dövrdə müxalifət partiyalarının qeydiyyata alınması, iqtidar və müxalifət partiyaları arasında siyasi dialoq modeli ölkəmizdə siyasi iqlimin daha da stabilləşməsi istiqamətində mühüm amil oldu. Hakimiyyət tərəfindən atılan addımlar nəticəsində siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müsbət mənzərə ilə yadda qaldı. Çünki yeni dialoq modeli, müxtəlif fikirlərin müzakirələr vasitəsilə həll edilməsi istiqamətində müəyyən edilmiş tendensiya cəmiyyət üçün ictimai fayda gətirir.

Ötən 4 il ərzində Altıncı çağırış Milli Məclis Konstitusiya ilə üzərinə düşən səlahiyyətlərini uğurla həyata keçirdi. Pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görüldü. Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı keçirdikləri görüşlərdə Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbə ilə öz ərazilərini Ermənistan silahlı birləşmələrinin işğalından azad etməsi, sonra isə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğalın nəticələrinin aradan qaldırılması üçün artıq irimiqyaslı proqramların icrasına başlamasını xarici ölkələrdəki həmkarlarının diqqətinə çatdırdılar. Deputatlar seçildikləri dairələrdə də fəallıq nümayiş etdirərək pandemiya qaydalarına uyğun şəkildə daim seçicilərlə təmasda oldular, şəhid ailələrini və qaziləri düşündürən məsələlərin həllinə dəstək verdilər.

Ötən dövrdə parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı da rolu artdı. Parlament hökumət üzvləri və xalqla sıx təmas şəraitində ölkə iqtisadiyyatını pandemiyanın mənfi təsirlərindən qorumaq məqsədilə iqtisadi sahədə bir sıra qanunlar qəbul etdi və mövcud qanunvericiliyə dəyişikliklər apardı. Bundan başqa, Altıncı çağırış Milli Məclis 4 illik fəaliyyəti dövründə ictimai-siyasi proseslərə operativ olaraq münasibətini bildirdi, ölkənin taleyüklü məsələlərinin həllinə öz səlahiyyətləri çərçivəsində töhfələr verdi.  

Bütün bunlardan nəticə çıxararaq, bu gün əminliklə deyə bilərik ki, Altıncı çağırış Milli Məclis ölkəmizdə aparılan islahatlara öz səlahiyyətləri çərçivəsində mühüm dəstək verdi.

Jalə Əhmədova

Milli Məclisin deputatı