Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Azərbaycan parlamentinin sədri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

22 fev 2024, 15:08
Azərbaycan parlamentinin sədri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

O, çağırışını fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı səsləndirib.

S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır: "Ermənistanın üç ildən artıq davam edən hərbi və siyasi təxribatlarına baxmayaraq, sülh sazişinin imzalanması hələ də mümkündür".

O, bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olduğunu xatırladıb.

Spiker qeyd edib ki, sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər: "Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında əksini tapmış iddialarından əl çəkəcək, sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır".