Son Xəbərlər
Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə
Qidalanma mütəxəssisi, professor Amparo Qamero bəzi qidaları soyuducuda
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata
Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir. Liderxeber.az xəbər
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan,
Məşhur idman statistika portalı "Sofascore" ilə Azərbaycan Basketbol
“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin
Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin
banner

Ceyhun Bayramov O’Braynı Ermənistanın son təxribatı barədə məlumatlandırıb

17 fev 2024, 11:37
Ceyhun Bayramov O’Braynı Ermənistanın son təxribatı barədə məlumatlandırıb

Fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

Bu barəd LiderXəbər-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının, onların apardığı “binokl diplomatiyasının” qəbuledilməzliyi diqqətə çatdırılıb.

Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.