Son Xəbərlər
Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə
Qidalanma mütəxəssisi, professor Amparo Qamero bəzi qidaları soyuducuda
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata
Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir. Liderxeber.az xəbər
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan,
Məşhur idman statistika portalı "Sofascore" ilə Azərbaycan Basketbol
“Lufthansa” aviaşirkətinin Mumbai–Münxen reysini yerinə yetirən hava gəmisinin
Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin
banner

“Azərbaycanla sərhəddəki insident araşdırılacaq” - Ermənistan hərbi polisi

12 fev 2024, 20:23
“Azərbaycanla sərhəddəki insident araşdırılacaq” - Ermənistan hərbi polisi

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır.

LiderXəbər TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.

“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və (və ya) məcbur qaldığı hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.