Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur”

08 fev 2024, 13:13
“Böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur”

“Seçki çox yüksək səviyyədə keçirilib. Azərbaycan xalqı öz konstitusyon hüquqlarını yerinə yetirərək 7 nəfər prezidentliyə namizəd arasından öz namizədini seçib”.

LiderXəbər xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nəticələrə əsasən deyə bilərik ki, artıq İlham Əliyev Azərbaycan xalqı tərəfindən öz prezidenti kimi seçilib:

“Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur. Bundan sonrakı açılacaq bülletenlər nəticələrə təsir etməyəcək.

Sabahdan biz Dairə Seçki Komissiyalarından protokolları qəbul edəcəyik və bu protokollar üzrə qalib namizədin səslərini müəyyən edəcəyik. Fevralın 9-da artıq lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyik”.