Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Naxçıvanda səsverməyə start verilib

07 fev 2024, 09:30
Naxçıvanda səsverməyə start verilib

Naxçıvanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri başlayıb. Artıq səhər saat 08:00-da səsverməyə start verilib.

LiderXəbər-in Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında növbədənkənar prezident seçkilərinə böyük hazırlıq işləri görülüb.

Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb.

Növbədənkənar prezident seçkilərində muxtar respublikada fəaliyyət göstərən 6 dairə üzrə 310 məntəqə üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınıb.

Naxçıvanda seçki dairələri üzrə ən çox seçici sayı 2 saylı Şərur-Kəngərli Seçki Dairəsidir - 47 min 224 nəfər. Həmçinin, Muxtar Respublika üzrə seçki məntəqələrində 35 veb-kamera quraşdırılıb.

Səsvermə saat 19:00-da bitəcək.