Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

MSK sədri: Sabah Azərbaycanda tarixi gündür

06 fev 2024, 14:38
MSK sədri: Sabah Azərbaycanda tarixi gündür

Sabah Azərbaycanda tarixi gündür.

LiderXəbər xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sabahkı seçkilər Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan seçiciləri suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Ordusu bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra bütün bu ərazilərdə səsvermə keçirəcəyik. Orada 26 məntəqə yaratmışıq".