Son Xəbərlər
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya
Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190"
Dekabrın 25-də və ertəsi gün Yerdə maqnit qasırğaları olacaq. Liderxeber.az-ın
İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Prezidenti Vladimir Putinə
Çeçenistan rəhbəri Ramzan Kadırov Aktauda baş verən təyyarə qəzası ilə bağlı
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham
banner

Prezident: Ermənistan Konstitusiyasında və digər sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər

01 fev 2024, 14:51
Prezident: Ermənistan Konstitusiyasında və digər sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

LiderXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.