Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Jalə Əhmədova: AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi

24 yan 2024, 22:20
Jalə Əhmədova: AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi

Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini dərin təəssüf hissi ilə qarşıladım. Əslində ölkəmizə qarşı hər zaman qeyri-səmimi mövqe nümayiş etdirən AŞPA-dan belə bir ədalətsiz qərar verməsi gözlənilən idi. İnsan haqlarının "müdafiəçisi" və demokratiya carçısı olan bu qurum 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin nə səsini eşitdi, nə də onların haqlarının pozulması ilə bağlı bir söz dedi. Separatizmi dəstəkləyən işğalçı Ermənistana "gözün üstə qaşın var" deməyən AŞPA, bunun tam əksi olaraq Azərbaycanı, erməniləri Qarabağdan zorla çıxarmaqda, Laçın dəhlizini açmamaqda günahlandırır. 

AŞPA, işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamaq əvəzinə daim dəstəkləyib, Azərbaycanın qələbəsindən sonra sülhün bərqərar olması üçün hər hansı bir addım atmayıb. Nə Azərbaycanafobiyanın hökm sürdüyü AŞPA, nə də digər dövlətlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. Çünki Azərbaycan müstəqil siyasət yürüdən suveren, demokratik və multikultural dövlətdir.

Jalə Əhmədova

Milli Məclisin deputatı