Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Lavrov: Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir

18 yan 2024, 14:44
Lavrov: Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir

Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir.

LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan bu üçtərəfli razılaşmaların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Syunik vilayətindən keçməklə (Zəngəzur dəhlizi-red) marşrutun açılması kimi belə bir praktik, sərfəli bir şeyin hələ də kağız üzərində qalması çox kədərlidir", deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, bu marşrutun hələ də açılmamasının səbəbi İrəvanın mövqeyindədir, kimsə bu barədə İrəvana məsləhət verir:

"Avropa Birliyi, Fransa, Almaniya və ABŞ başa düşən kimi ki, Ermənistan-Azərbaycan prosesi nəticələr verir, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə bağlı nəticələr var, dərhal dəvətsiz bu proseslərə daxil oldular və spoyler rolunu oynadılar".