Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb

15 yan 2024, 14:53
Prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb

2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək.

LiderXəbər xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul ediləcək: “Yeni texnologiyaların hər zaman tətbiqinə üstünlük vermişik. İTV namizədlərin qatıldığı – “Diqqət mərkəzi – Seçki” verilişini sosial şəbəkə platformaları üzərindən yayımlayacaq. Bu da əlavə imkandır. Bunun üçün İTV rəhbərliyinə də təşəkkür edirik. Artıq prezidentliyə namizədlərin İTV-də debatlarda müzakirə edəcəkləri mövzuların ardıcıllığı razılaşdırılıb. İctimai Televiziya və Radio Yayımı Şirkətində namizədlərə 1 saatlıq efir vaxtı veriləcək. Püşkatma Komissiyası artıq 2 gün bundan öncə formalaşdırılıb. İndi namizədlərin ardıcıllığını müəyyənləşdirəcəyik”.

O diqqətə çatdırıb ki, namizədlər seçki elan olunandan özləri barədə sosial şəbəkə hesablarından məlumat paylaşır: “Sosial şəbəkələr əvvəlcədən namizədlərin istifadəsində olan vasitə idi”.