Son Xəbərlər
Bu gün Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi
İyulun 21-də Kəlbəcər rayonunda sursat partlayışı baş verib. Liderxeber.az
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər
Bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti
İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri
Saçların sağlamlığını və gözəlliyini qorumaq üçün qaynar su ilə duş qəbul

Nazir yeni sosial islahat proqramından danışıb

07 yan 2023, 16:37
Nazir yeni sosial islahat proqramından danışıb

"Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb".


LiderXəbər xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Onun sözlərinə görə, builki yeni sosial islahat proqramı üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub: "Ümumilikdə isə son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub".