Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib

17 okt 2023, 16:32
Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib

17 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.

XİN-dən LiderXəbər-ə verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək, Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal anti-terror tədbirləri nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.

Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran maneələrin aradan qaldırıldığı, bu xüsusda, Azərbaycan Hökumətinin erməni sakinlərin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin 30 ilə yaxın davam edən münaqişənin bitməsi, habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımların sülh səylərinə töhfə vermədiyi, bu xüsusda beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hərzamankından daha vacib olduğu qeyd edilib.

Dövlət katibi Ceyms Kleverli, bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.