Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

ABŞ mövqeyindən geri çəkildi

16 sen 2023, 18:12
ABŞ mövqeyindən geri çəkildi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vasitəçiliyi ilə keçirilmiş son görüşündə sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə düşməsi razılaşdırılıbmış.

ABŞ bu razılaşmanın əsas iştirakçısı olub.

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlarda həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş edib. Amma daha sonra Ermənistan və separatçılar bu razılaşmaya müqavimət göstərib. Bundan sonra isə ABŞ mövqeyindən geri çəkilib.

Çünki bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Bu isə o deməkdir ki, məhz ABŞ-dəki erməni lobbisinin səsinin əsirinə çevrilən ABŞ siyasətçiləri öz qətiyyətsizliklərini Azərbaycandan “günahkar” obrazı yaratmaqla pərdələməyə çalışırlar. Başqa bölgələrdə separatçılara qarşı amansız mövqeyi ilə seçilən rəsmi Vaşinqtonun Qarabağdakı separatçı rejimin etirazını “nəzərə almasının” səbəbi isə problemi daha da dərinləşdirmək istəyi ilə bağlıdır. Çünki bölgədə problemlər olub, Ermənistan və Azərbaycan arasında konstruktiv kommunikasiya bərpa olunmadığı müddətcə ABŞ da digər böyük güclər kimi tərəflərə təzyiq imkanlarını saxlayır.