Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir

18 mar 2026, 15:23
“Azərbaycan benzininin keyfiyyəti yüksəkdir” - Erməni nazir

“Azərbaycan benzininin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb”.

Liderxeber.az xəbər verir ki, bunu “Armlur” portalına açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq papoyan deyib.

O, bununla belə benzinin keyfiyyəti ilə bağlı araşdırma və ekspertizanın həyata keçirildiyini bildirib: “Ermənistana gətirilən istənilən benzin yoxlamadan keçir. Azərbaycan benzininin keyfiyyəti yüksəkdir. Bundan əlavə, Avropa benzini satdığını iddia edən, lakin əslində Azərbaycandan alınan neft məhsulunu satan şirkət var”.

Erməni nazirin sözlərinə görə, hökumət məsələ ilə bağlı qayda təyin edib: şirkət bunun Azərbaycan benzini olduğunu bəyan etməlidir, əks halda onu sata bilməyəcək.

Xatırladaq ki, ötən ilin dekabrında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.