Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

ABŞ xarici ölkələrə yardımı dayandırdı

25 yan 2025, 09:01
ABŞ xarici ölkələrə yardımı dayandırdı

ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardımların dondurulması ilə bağlı tapşırıq verib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq Fərmanın icrası məqsədilə atılıb. 

Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.

Nəşr vurğulayır ki, maliyyələşdirmənin bərpası və ya birdəfəlik dayandırılması ilə bağlı qərar şəxsən Rubio tərəfindən veriləcək.

Dövlət Departamentinin Xarici Yardım Bürosu tərəfindən hazırlanan sənəddə yalnız İsrail  Misirin hərbi maliyyələşdirilməsi ilə bağlı istisna tətbiq ediləcəyi bildirilir.  Sənəddə başqa ölkələrin, o cümlədən Ukraynanın adı qeyd olunmayıb.

Qeyd edək ki, Tramp yanvarın 21-də ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.