Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Tramp bu ölkələrdəki səfirləri geri çağırır - Siyahı

22 dek 2025, 11:03
Tramp bu ölkələrdəki səfirləri geri çağırır - Siyahı

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən 29 diplomatik nümayəndəlik rəhbərlərinin geri çağırılması barədə qərar qəbul edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb. 

Qeyd olunan diplomatların ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunduqları bildirilir. 

Kadr dəyişikliyinin həyata keçiriləcəyi ölkələr Ermənistan, Şimali Makedoniya, Monteneqro, Slovakiya, Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Uqanda, Fici, Laos, Marşall adaları, Papua-Yeni Qvineya, Filippin, Vyetnam, Əlcəzair, Misir, Nepal, Şri-Lanka, Qvatemala və Surinamdır. 

Məlumata görə, səfirlər artıq səlahiyyət müddətlərinin yanvar ayında bitəcəyi ilə bağlı bildiriş alıblar.