Son Xəbərlər
Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55
Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i məhz paytaxtda cəmləşib.
Razyana çayı sağlamlığa faydalı xüsusiyyətləri ilə tanınır. Liderxeber.az
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya
BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri
Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya
"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi
Gələn il keçiriləcək "Avroviziya 2025"in bəzi detalları bəlli olub.
banner

Səhiyyəmizdə aparılan köklü islahatlar öz bəhrəsini verir

29 okt 2024, 13:55
Səhiyyəmizdə aparılan köklü islahatlar öz bəhrəsini verir

Sumqayıt ərazisində ilk tibb ocağı 1924-cü ildə əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş, indiki 3 saylı birləşmiş xəstəxana sayılır.

İlk tibbi-sanitar məntəqəsi isə 1946-cı ildə "Zaqafqaziya sənaye-tikinti” trestinin nəzdində yaradılıb. Sonralar 20-ci məhəllədəki bir mərtəbəli barakda 16 saylı poliklinika fəaliyyətə başlamışdır. Bu tibb müəssisəsi tikintidə çalışan fəhlələrə və Sumqayıt rayonunun əhalisinə xidmət göstərirdi.

Şəhərimizlə yanaşı, tibb müəssisələri də ildən-ilə genişlənmiş, sayı çoxalmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bütün sahələrlə bərabər, səhiyyəmiz də böyük inkişaf yolu keçmişdir. Bu siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etməkdədir. Son on illiklərdə şəhərimizin tibb müəssisələri demək olar ki, yenidən qurulmuş və müasir səviyyəyə çatdırılmışdır.

Tibbi xidmət işi daim razılıq doğurur

Ümumiyyətlə, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti qat-qat artmışdır. 2021-ci il aprelin 1-dən şəhərimizdə icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Eyni zamanda, bu sahədə infrastruktur yenilənmiş, tibb mərkəzləri yaradılmışdır.

Mərkəzimizin nəzdində yeddi ailə sağlamlıq mərkəzi, yeddi xəstəxana, perinatal mərkəz və stomatoloji poliklinika fəaliyyət göstərir. Yüz on min uşaq olmaqla ümumilikdə dörd yüz otuz minə yaxın şəhər əhalisinə tibbi xidmət göstərilir.

Dörd min iki yüzə yaxın işçi insanların sağlamlığı keşiyində durur.

Mərkəzin tabeliyində olan tibb müəssisələrində gündəlik xidmət sayı on beş-iyirmi min arası dəyişir.

Ümumiyyətlə, bu gün ölkəmizin səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqinin uğurlu nəticələrini görməkdəyik. Vətəndaşlara mürəkkəb ürək-damar cərrahiyyəsi, digər bahalı, tibbi məsrəfi yüksək olan xidmətlər, orqan transplantasiyası, koxlear implant əməliyyatları kimi xidmətlər göstərilir.

Əsas yeniliklərdən biri tibb müəssisələrində İKT (informasiya kommunikasiya texnologiyaları) infrastrukturunun qurulması və tibbi məlumatların elektronlaşmasıdır. Əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı artırıldı və ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə sağlamlıq mərkəzləri yaradıldı. Bütün xəstəxanalarda təcili yardım şöbələri yenidən quruldu. Maddi-texniki bazaya gəlincə, yenə də icbari tibbi sığortanın tətbiqindən sonra bu sahədə mühüm tədbirlər həyata keçirilir. Paytaxtla yanaşı, Sumqayıtda, digər bölgələrdə tibbin son nailiyyətlərindən istifadə olunmaqdadır. Ən müasir KT, MRT cihazları, laboratoriyalar qurulub.

Müasir təbabətin ümdə vəzifəsi düzgün diaqnostikadır

Müəyyən xəstəliklərin dəqiq diaqnozunun qoyulması üçün kliniki, biokimyəvi laboratoriyalar, funksional, instrumental diaqnostikalar tələb olunur.

Cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə qarşıya qoyulan tələblər yerinə yetirilir. Dünyada beş səviyyə laboratoriyası var. Bu gün ölkəmizdə TƏBİB tabeli xəstəxanaların əksəriyyəti dördüncü səviyyəli laboratoriya ilə təchiz edilib. Buradakı cihazlar öz sinfinin ən son modelləridir. Proseslər qeyd etdiyim kimi, tam avtomatlaşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan səkkiz yüzədək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq aparılır. Laboratoriyalarda gündəlik beş mindən yuxarı analiz edilir.

Ambulator və stasionar pasiyentlər Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər.

Mərkəz maddi-texniki bazanın gücləndirilməsi məqsədilə üç yüzdən çox yeni tibbi avadanlıqla təchiz edilib. Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və neyrocərrahi əməliyyatlar həyata keçirilir. Bütün bu görülən tədbirlər tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətinin artmasına yönəlib.

Səhiyyəmizdə aparılan köklü  islahatlar öz bəhrəsini verir

Bildiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə yenidən qurulan 2 nömrəli xəstəxana bir il əvvəl istifadəyə verilib. Beşmərtəbəli, 165 çarpayılı xəstəxana vətəndaşlara həm ambulator, həm də stasionar şəkildə xidmət göstərir. Müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş sağlamlıq ocağı şəhər sakinlərinin xidmətindədir.

Hər şey kadr hazırlığından başlayır

Digər uğurlardan biri də həkimlərin maddi, həyat səviyyəsinin yaxşılaşdırılması, əmək haqlarının dəfələrlə qalxması, bonus sisteminin tətbiqidir.

Həkimlərin icbari sığorta, bonus sisteminə reaksiyalarına gəlincə, fakt bundan ibarətdir ki, əgər həkimlərimiz əvvəllər özəl klinikalara üz tuturdularsa, son dövrlər əks proses baş verir. Tanınmış, təcrübəli həkimlər özəl klinikalardan dövlət müəssisələrinə gəlirlər.

Onlarla nümunə göstərə bilərəm. Hər həftə artıq bu prosesin şahidi oluruq. Hazırda xaricdə təcrübə keçmiş, yaxud təhsil almış beş peşəkar həkim bizim xəstəxana və poliklinikalarımıza cəlb edilib. Onlardan üçü mənim burada fəaliyyətim dövrümdə işlə təmin olunub.

Moskvada uzun illər göz xəstəlikləri sahəsi üzrə çalışmış oftalmoloq cərrah, tibb elmləri doktoru, professor Sevinc Əsgərova 2 nömrəli Xəstəxananın Oftalmologiya şöbəsinin müdiri təyin edilib. Həmin şöbədə digər həkim Rasul Dadayev fəaliyyətə başlayıb.

Bundan başqa, Türkiyə məzunu, uroloq Tural Balayev, uşaq cərrahiyyəsi üzrə təkmilləşmiş Araz Hüseynov mərkəzimizin həkimləridir. Araz həkim bir-iki günlük uşaqlar üzərində mürəkkəb cərrahi əməliyyatlar aparır. Təcrübəli pediatr Günay Quliyeva da Sumqayıtı seçib. Bununla yanaşı, ölkənin ixtisaslı uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov mərkəzimizdə fəaliyyət göstərir.

Xəstəxanalarımızda çalışmaq üçün təcrübəli kardioloqdan da müraciət var, yaxın vaxtlarda bu, təsdiqini tapacaqdır. Ümumən, apardığımız işlər nəticəsində kadr potensialımız güclənməkdədir.

Sumqayıt Tibb Mərkəzi tərəfindən göstərilən tibbi xidmətlər sırasına 198 yeni xidmət də əlavə edilib.

Mərkəzimizin xəstəxanalarında neyrocərrahi, uroloji, artroskopik, oynaqların endoprotez, travmatoloji, göz, LOR əməliyyatları, qarın boşluğunda və yenidoğulmuşlar üzrərində həyata keçirilən mürəkkəb əməliyyatlar, laporoskopik və ginekoloji əməliyyatlar icra olunur. Yeni tibbi xidməti - birgünlük cərrahiyyəni də misal çəkə bilərəm.

Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentlərə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq.

Digər yeni xidmətimiz isə endoprotez əməliyyatlarının icrasıdır. İyundan həyata keçirilən əməliyyatların sayı iyirmini ötüb. Artıq regionlardan da vətəndaşlarımız əməliyyat olunmaq üçün mərkəzimizə üz tuturlar. Yeni xidmətlərimiz sırasına Kontrast KT, EMQ, EEG, TREDMİL, HOLTER testini də əlavə edə bilərəm.

Bu ilin doqquz ayı ərzində ümumilikdə on səkkiz mindən çox əməliyyat icra edilib. Bu isə günlük orta hesabla yetmiş əməliyyat deməkdir. Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə, yanvar-sentyabr aylarında 246 mindən çox sayda xidmət həyata keçirilib.

Xidmət əlçatanlığı, səviyyəsi də maraqlıdır

Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.

Qeyd etdiyim kimi, xidmət sayı artıb. Bu ilin ilk doqquz ayı ərzində 4 milyon 739 min 994 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə iyirmi faizdən çoxdur.

İnsanları ən çox narahat edən məsələ təcili tibbi yardım xidmətidir

Ümumiyyətlə, bütün dünyada təcili tibbi yardımla bağlı şikayətlər ambulansın gecikməsi ilə bağlı olur. Bunun əsas iki səbəbi var. Ambulans yollarda sıxlığa düşəndə və ünvan dəqiq verilməyəndə gecikmə baş verir. Statistikaya baxanda Sumqayıtda gecikmə rəqəmləri çox aşağıdır. Əksər çağırışlara vaxtında çatılır. Təcili tibbi yardım məsələsində vaxtında çatma, ilkin yardımın düzgün təşkili, daha sonra pasiyenti uyğun xəstəxanaya doğru təxliyə etmək böyük önəm kəsb edir. Üç aydan bir bu yöndə personalımız təlimlərə cəlb edilir. Kardioloji, nevroloji müayinələrin təyin olunması, daşınan cihazların operativ çalışdırılması, yerində və anında dəyərləndirmə, teletibb vasitəsilə diaqnozun ötürülüb mütəxəssis rəylərinin alınması üzrə peşəkarlıqlar artırılır. Son model tibbi yardım avtomobilləri alınıb.

Təcili yardım xidməti hazırda mərkəzləşmiş idarəetmə sisteminə keçir. Bir mərkəzdən idarəetmə yaradılır. Bütün respublikada yardım stansiyalarının bir mərkəzdən idarə olunması operativliyin, koordinasiyanın doğru təşkilinə səbəb olacaq.

Xəstəliklərlə bağlı statistika nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, ölümə səbəb olmaya görə dünyada birinci yerdə ürək-damar xəstəlikləri dayanır. Hər il orta hesabla on yeddi milyon insan bundan ölür. Azərbaycanda da dünyada olduğu kimi, birinci yerdə bu xəstəliklər gəlir. İkinci yerdə onkoloji xəstəliklərdir.

Ürək-damar xəstəliklərinin yaranma səbəbləri haqda mütəxəssis rəyləri sosial şəbəkələr, sosial çarxlarla insanlara çatdırılır. Texnologiya inkişaf etdikcə, oturaq həyat önə keçir. İnsanların aktivliyi məhdudlaşır. Habelə həyatımızdan çıxara biləcəymiz fast-fud, şirin, qazlı, energetik içkilərin də ciddi təsiri var. Passiv həyat rejimindən, qeyri-sağlam qida qəbulundan, siqaretdən, elektron siqaretlərdən imtina etməklə həyat tərzimizi yaxşılaşdıra bilərik.

Amma iradəmiz xaricində olan faktorlar da var - genetik amil, yaş amili və s. Bunlar eynilə onkoloji xəstəliklərə də aiddir.

Tibbi personalın peşəkarlığının artırılması da şübhəsiz, vacib məsələlərdəndir

Tibbi personalın bilik və bacarıqlarının artırılması istiqamətində maraqlıyıq və tərəfimizdən bu sahədə də əməli işlər görülür. Tibb heyətimiz Azərbaycanda təşkil olunan təkmilləşdirmə kurslarında iştirak edirlər. Tibb bacılarımız, həkimlərimiz beynəlxalq konfranslara, təlimlərə qoşulur, yeniliklərin öyrənimləsi istiqamətində peşəkarlıqlarını artırmaq üçün səy göstərirlər. İxtisaslı həkimlərimiz mütəmadi olaraq Rusiya, Türkiyə və digər ölkələrdə konfranslarda iştirak edir, qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Tibbin müxtəlif sahələrində tətbiq olunan yeniliklər barəsində öyrənir və gələcəkdə bu yeniliklərin tibb müəsisələrində tətbiqi üçün əməli işlər həyata keçirirlər.

Qarşıda bizi görüləcək çox işlər gözləyir. Xəstə məmnuniyyətinin artırılması istiqamətində keyfiyyət standartlarının tətbiqi, xidmətlərin müasir tələblərə uyğun olaraq təşkili əsas amillərdir. Tibb müəssisələrinin maddi-texniki, elmi-təcrübi kadr potensialının inkişafı istiqamətində davamlı tibbi təhsil və təcrübə paylaşımı proqramlarının mütəmadi işlənməsini də qeyd etmək istərdim.

Əsas yaxın hədəflərimiz Sumqayıt Tibb Mərkəzində Ürək-damar cərrahiyyəsi şöbəsinin yaradılması və Koronar angioqrafiya laboratoriyası qurmaqdır.

Ana və uşaq ölümü, infeksion xəstəliklə

rin profilaktikası, ilkin səhiyyə və təcili yardım xidmətində vacib effektiv dəyişikliklər aparılması da məqsədlərimizdəndir.

Ağxalatlılarımız bundan sonra da şəhər əhalisinin sağlamlığında möhkəm duracaq, bu istiqamətdə öz qayğı və əməyini əsirgəməyəcəklər.

Qarşıdan isə Sumqayıtın 75 illik yubileyi gəlir. Hər birimiz bu əlamətdar günü layiqli töhfələrlə qarşılayır.

Elnur AZADXANOV,

Sumqayıt Tibb Mərkəzinin direktoru

"Sumqayıt" qəzeti

Səhiyyəmizdə aparılan köklü  islahatlar öz bəhrəsini verir