Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Süni intellekt bəzi iş sahələrinə təsir edib

03 fev 2025, 10:20
Süni intellekt bəzi iş sahələrinə təsir edib

Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub.

Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb.

Liderxeber.az məlumat verir ki, süni intellektin bu cür inkişafının gələcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Bəs həqiqətən də bu cür proqramlar bəzi ixtisasların ləğvinə səbəb ola bilərmi?

Ekspert Rəşad Əliyev hesab edir ki, narahatlıqlara ehtiyac yoxdur. Əksinə, yaranan vəziyyət həmin iş sahələrinə müsbət təsir edəcək, onların inkişafına gətirib çıxaracaq.

Ekspertin fikrincə, süni intellekt insan faktorunu tam əvəz etməyəcək, sadəcə olaraq, bu sahələrdə çalışanların işini asanlaşdıracaq. Həmçinin yeni ixtisaslar və iş imkanları yaradacaq.

Rəşad Əliyev onu da əlavə etdi ki, süni intellektə olan tələbat səbəbindən son zamanlar məlumat analitikası və avtomatlaşdırma sahələrinə maraq artıb.