Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi keçiriləcək

16 okt 2024, 09:50
Beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi keçiriləcək

TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi baş tutacaq. 

22-23 oktyabr tarixlərində Göyçay Rayon Mərkəzi Xəstəxanasında sümük-oynaq, sinir ağrılarından əziyyət çəkən vətəndaşlara, həmçinin epilepsiya, psixi-fiziki inkişaf ləngiməsi, serebral iflic, febril qıcolma, pleksopatiyadan əziyyət çəkən uşaqlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (travmatoloq-ortoped, revmatoloq, nevroloq, uşaq nevroloqu, endokrinoloq, uşaq endokrinoloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək. 

24 oktyabr tarixində isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay-Kürdəmir tibbi ərazi bölməsinə aid olan - Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Həmişə ayaq üstə” layihəsi çərçivəsində Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarının vətəndaşları baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.