Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb

15 okt 2024, 14:27
AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildə idman və intellektual yarışlarda yüksək nəticələr göstərmiş əməkdaşların mükafatlandırılma mərasimini keçirib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı AZAL-ın rəhbərliyi basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda mükafatlar qazanmış və ya uğurlar əldə etmiş 50-yə yaxın əməkdaşın nailiyyətlərini qeyd edib. Əməkdaşlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub..

AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib ki, mülki aviasiya sahəsində əsas prioritetimiz uçuş təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksək standartlarını təmin etməkdir:

"Əməkdaşlarımız peşəkar fəaliyyətləri ilə yanaşı, idman və intellektual yarışlarda da fəal iştirak edərək fərqlənirlər. Bu nailiyyətlər həm onların şəxsi qələbələri, həm də qurumun məqsədlərinə nail olmağa kömək edən dəyərlərin təcəssümüdür".

"Tədbirin əsas məqsədi AZAL əməkdaşlarının həm peşəkar fəaliyyətlərində, həm də şəxsi həyatlarında qazandıqları nailiyyətlərin yüksək dəyərləndirildiyini qeyd etməkdir. Şirkət hər bir əməkdaşın uğurunun vacib olduğunu vurğulayaraq onlara dəstək göstərir və dəyər verir. Bu cür dəstək komanda ruhunu gücləndirir və AZAL əməkdaşları arasında mehriban bir atmosferin formalaşmasına kömək edir", - deyə məlumatda qeyd olunub.