Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Şəkidə yük maşını qatar yoluna çıxdı; qəza baş verdi

13 mar 2023, 19:18
Şəkidə yük maşını qatar yoluna çıxdı; qəza baş verdi

Şəkidə qatar yük maşınını vurub. Hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatarın yoluna çıxan Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı yük maşını qəzaya səbəb olub.

Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Dəmir Yollarından LiderXəbər-ə bildirilib ki, “Yol hərəkəti haqqında” qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 m qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər. Qanunun tələblərinə riayət etməyərək dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur.