Son Xəbərlər
Binəqədi Rayon Mədəniyyət evində "Azərbaycan Vətənpərvərlər” İctimai
Azərbaycan xalqı dünyanın ən mötəbər orqanı olan BMT Təhlükəsizlik Şurasının
Bu gün Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil
Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu
İran İsrailə xəbərdarlıq edib. Liderxeber.az xəbər verir ki, İran, İsrailin
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qədimkənd kənd sakinləri ilə səyyar
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
Livanın "Hizbullah" hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah
Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba
banner

Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys açılır

09 mar 2023, 20:17
Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys açılır

“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti ("ADY” QSC) qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin qrafik üzrə vaxtında mənzil başına çatdırılması və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 11 mart tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər edilir.

LiderXəbər xəbər verir ki, yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, həmçinin elektrik qatarlarının monitorlarından əldə etmək olar.

Eyni zamanda sözügedən tarixdən etibarən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatar reysə buraxılacaq. İkinci qatarın xəttə buraxılması sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasını təmin edəcək və turniketlərdə müşahidə olunan sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.

"ADY” QSC sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarlarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.