Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Vəkil: “Şeyx Sərdar həbsdə ola-ola həmin cinayətləri törədə bilməzdi”

09 mar 2023, 16:13
Vəkil: “Şeyx Sərdar həbsdə ola-ola həmin cinayətləri törədə bilməzdi”

Dövlətə xəyanətdə ittiham olunaraq tutulan ilahiyyatçı Şeyx Sərdarın (Sərdar Babayev) məhkəməsi başlayıb.

LiderXəbər xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasda elan edilib ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

Lakin 2021-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb və həbs olunub. Babayevin vəkili Cavad Cavadov iclasda qeyd edib ki, ittihamda olan bir çox məqamlar, ümumiyyətlə, S.Babayevin həbsdə olduğu dövrlərə təsadüf edir və bir şəxs həbsdə ola – ola həmin cinayətləri törədə bilməz. Müdafiəçi istintaqın düzgün aparılmadığını deyib və buna görə də işə xitam verilməsi ilə bağlı vəsatət verib.

Bu vəsatətin təmin olunmayacağı təqdirdə isə müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib: “Bildiyiniz kimi 2021-ci ildə İranla Azərbaycan arasında siyasi gərginlik yarandı. Həmin ərəfədə Azərbaycanda ruhanilərə qarşı əməliyyatlar keçirildi. Bir neçə şəxs tutuldu. Sərdar Babayev də həmin gərginlik zəminində saxlanılanlardan biri idi. Düşünürəm ki, istintaqda ciddi səhvlər var”.

Prokuror vəkilin vəsatətlərinə münasibət bildirərkən, məhkəmədən vəsatətlərin rədd edilməsini istəyib. Hakimlər müşavirədən sonra hər iki vəsatəti rədd edib. İş məhkəmə baxışına qəbul edilib.

İlkin baxış iclası martın 16-a təyin edilib. Prosesin qapalı keçiriləcəyi ehtimal edilir.

Xatırladaq ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ittiham edilir.