Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Almaniyanın Azərbaycandakı səfiri Göygöl rayonuna səfər edib

09 mar 2023, 13:47
Almaniyanın Azərbaycandakı səfiri Göygöl rayonuna səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonuna səfər edib

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Prezident Administrasiyasının nümayəndəsi Emin Eyvazovla birgə səfir Ralf Horlemannı qarşılayaraq Göygöl şəhəri Aydın Hacıyev küçəsi 50 saylı ünvanda yerləşən Alman İcmasının Tarixi Muzeyinə baxış keçirilib.  

Baxış zamanı muzeydə aparılmış əsaslı təmir bərpa işləri və eksponatların konservasiyası barədə geniş və ətraflı məlumat verilmişdir. Səfir Ralf Horlemann muzeydə aparılmış təmir işlərini yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevə və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirmiş, muzeyin Azərbaycan və Almaniya dövlətləri arasında dostluq əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb.

Eyni zamanda bildirib ki, alman xalqının bu bölgədə məskunlaşması, uzun müddət yerli əhali ilə dostluq və mehribanlıq şəraitində yaşaması Almaniya və Azərbaycan dövlətlərinin tarixidir və bu tarixə hər birimiz hörmətlə yanaşırıq. Bu muzeyin turizmin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyini və gələcəkdə rayonun mirvarisinə çevriləcəyini Səfir xüsusi olaraq qeyd edib.