Son Xəbərlər
28 May - Müstəqillik Günü münasibətilə İraqın paytaxtı Bağdadda ən hündür
ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında
BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağının
Rusiyada yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəliyin yayılması
Bir neçə gündür ölkə ərazisində tozlu hava şəraiti hökm sürür. Bəs görəsən, bu
İran zənginləşdirilmiş uran ehtiyatlarını 60 %-ə çatdırıb. Liderxeber.az xəbər
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış
Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın
banner

Səhiyyə Mərkəzi: Uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər

09 mar 2023, 11:30
Səhiyyə Mərkəzi: Uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər

Uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər.

Liderxəbər xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayeva deyib.

O deyib ki, buna görə də ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələri tövsiyə edilir:

"Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir.

Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər.

Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxarır”.

Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir:

“Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər. Qarındır ağrıyır, keçər, heç nə olmaz” deyib, keçməyin. Qarın ağrısı bir çox ağır xəstəliklərin “carçı”sı ola bilər".